Milli teatr günüdür
Kimsə teatrı batalıqla, digərləri həyatla, bəziləri isə siyasətlə müqayisə edir. Amma hər kəs bir fikirlə razıdır ki, o, mədəniyyətin digər növləri ilə müqayisədə ən qədim və ən çox özünü doğrultmuş olmaqla yanaşı, insan təfəkkürü və psixologiyasına böyük təsir qüvvəsinə malikdir. XALQ ARTİSTİ NURƏDDİN MEHDİXANLI: "Heç kimin sənin içini anlaya bilməyəcəyi bir halda yaşayırsan və yanında 500 insan əyləşib, hamı eyni şeyə baxır, amma fərqli fərqli halı yaşayırlar, fərqli-fərqli duyğu və düşüncələri yaşayırlar. Bunu teatrdan başqa heç bir sənət verə bilməz, bunu ancaq teatr verə bilir". Azərbaycanda teatrın kökləri qədim dövrlərə gedib çıxır. Qobustan qayaları üzərində əks olunan hərəkətli təsvirlər buna bariz nümunədir. Hərəkət olan yerdə teatr yaranır. Azərbaycanda peşəkar teatrın ad günü 10 mart 1873-cü il hesab edilir. Məhz, həmin gün Bakı real məktəbinin teatr həvəskarları truppasının təqdimatında Mirzə Fətəli Axundovun “Lənkaran xanının vəziri” tamaşasının kütləvi nümayişi baş tutub. TEATR XADİMLƏRİ İTTİFAQININ SƏDRİ AZƏRPAŞA NEMƏTOV: "Teatrın özü də bir dəbdir. Bu dəb daimi dəyişir, fərqlənir və o dəblə bağlı bu günki teatrda da tutalım ki biz Fizulini və yaxud Çexovu ya da ki Nizaminin biz bunu 20-ci əsrin əvvəlindəki kimi və yaxud sonundaki kimi hazırlamamalıyıq. 21-ci əsr fərqli əsrdir, texnologiya əsridir. Bu şərtlər hamısı teatrda nəzərə alınmalıdır və bu nəzərə alındıqca mənə helə gəlir ki irəlləyiş olacaq". Son illərdə müasir Azərbaycan teatrının sütünları hesab edilən əvəzolunmaz aktyor və rejissorlar dünyalarını dəyişsələr də, teatrşünaslar və bu sahənin mütəxəssisləri hesab edirlər ki, yeni nəsil aktyorların teatra marağı getdikcə artır. Onların ideyalarını reallaşdırmaq üçün imkanları böyükdür. TEATR XADİMLƏRİ İTTİFAQININ SƏDR MÜAVİNİ RAFİQ ƏLİYEV: "Çox insanlar var ki, öz ideyaları ilə Teatr Xadimləri İttifaqına müraciət edir. Bizdə bir neçə laborotoriya mövcuddur rejissor, aktyor, teatrşünaslar, dramaturqlar və rəssamlar laborotoriyası . biz ora çox maraqlı, məhşür, öz işini bilən beşəkarları dəvət edirik ki, onlar gənclərə teatrın məğzi və əsaslarının nədən ibarət olduğunu öyrədirlər". Digər sənətlərlə müqaisədə teatr daha canlı, orqanik və proqressiv hesab edilir. Həm tamaşaçı, həm də aktyor eyni tamaşanı fərqli vaxtlarda müxtəlif cür qavraya və yaşaya bilər. XALQ ARTİSTİ NURƏDDİN MEHDİXANLI: "Zaman dəyişən kimi, insanlarda dəyişirlər, problemlər dəyişir. Zamanın dünın verdiyi suallarla bu gün verdiyi suallar fərqlidfir, cavablar da fərqlidir... Dünəndə daha çox fanatizm var idi yaxşı mənada fanatizm. Bu gün proqmatizm üstün yer tutur. Amma bütün bunlara baxmayaraq teatr teatrdır. Nədən çünki teatr canlı sənətdir və nə qədər insanlar yaşayırlar teatrda yaşayacaq cünki insanlar can daşıyırlar, can daşınan yerdə də teatr var".